Daha bir “Qalatasaray“lı koronavirusa qalib gəldi

saytların hazırlanması

Evə çatdırılma

Daha bir “Qalatasaray“lı koronavirusa qalib gəldi

İdman

15 Aprel 2020 01:41 1136


“Qalatasaray”ın koronavirusa yoluxan vitse-prezidenti Yusuf Günay sağalıb.

Yenisabah.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Vitse-prezident artıq am sağaldığını və karantin müddətini də geridə qoyduğunu açıqlayıb: Sezar pizza

"Koronavirusdan müalicə olunmaq üçün yatdığım xəstəxanadan evə buraxıldıqdan sonra 15 günlük karantin dövrünü də geridə qoydum. Çox şükür ki, xəstəliyə qalib gəldim. Səhhətim çox yaxşıdır. Bütün xəstələrimizə Allahdan şəfa arzulayıram”.

Qeyd edək ki, “Qalatasaray”ın digər vitse-prezidenti Abdürrahim Albayrak və baş məşqçi Fatih Terim də koronavirusa yoluxmuş və sağaldıqlarını açıqlamışdılar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!