Daha bir qurumdan əlverişsiz hava ilə bağlı XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Daha bir qurumdan əlverişsiz hava ilə bağlı XƏBƏRDARLIQ

Sosial

11 Fevral 2020 07:36 845


"Gecə saatlarından paytaxta yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün hər hansı bir çətinlik yaratmayıb. Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən verilən məlunata görə, yollarda buz bağlama halı müşahidə olunmayıb".

Bu barədə "Yeni Sabah"a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Hazırda körpülərin üzərində və tunellərdə normal hərəkət müşahidə olunur: "Qar yağması ilə əlaqədar yalnız gecə saatlarında Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 60 km/saatadək endirilib. Lakin səhər saatlarında yenidən sürətlər bərpa olunub. pizza mizza

Səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılıb.

Bir daha sürücülərdən ehtiyyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meterioloji amilləri nəzərə almalarını xahiş edirik.

Eyni zamanda piyadala yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!