Zəngilan Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub.
"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, polis polkovnik-leytenantı Bəkir Cabbarov şöbənin rəisi vəzifəsinə təyin edilib.
Bu təyinata qədər B.Cabbarov Zəngilan RPŞ-də rəis müavini idi. pizza mizza
Qeyd edək ki, Zəngilan polisinin əvvəlki rəisi, polis polkovniki Ənvər Həsənov isə bir müddət əvvəl Ağcəbədi RPŞ-nin rəisi təyin edilib.
Telegram kanalımız