Daha bir rayonda toy edənlər cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Daha bir rayonda toy edənlər cərimələndi

Kriminal

15 Fevral 2021 11:11 514


Ağsu rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə toy məclisi təşkil edilməsinin qarşısı polislər tərəfindən alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, rayonun Padarqışlaq kənd sakini Səxavət Həsənovun oğluna toy məclisi təşkil etməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları dərhal həmin ünvana gələrək karantin qaydalarının pozulması halını aşkar ediblər. pizza sifarişi

Məclisin təşkilatçısı S.Həsənov və digər 14 nəfər Polis Şöbəsinə dəvət olunub.

Xüsusi karantin qaydalarını pozan ümumilikdə 15 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq cərimə ediliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!