Daha bir “Rus Evi” bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Daha bir “Rus Evi” bağlandı

Dünya

05 Noyabr 2025 15:16 454


Moldova hökuməti Rusiya ilə mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında sazişin denonsasiyası haqqında qanun layihəsini təsdiqləyib.

"Yeni Sabah" Radio Moldova-ya istinadla xəbər verir ki, qanun layihəsi hakimiyyətin “Kremlinin hibrid təsir aləti” hesab etdiyi Kişinyovda Rusiya Elm və Mədəniyyət Mərkəzinin (Rus Evi) bağlanmasını nəzərdə tutur.

Sənədə indi parlamentdə baxılacaq. pizza

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moldova hökumətinin qərarından təəssüfləndiyini bildirib. "Moldova rəhbərliyinin ölkəmizə qarşı düşmənçilik etməkdə, ölkəmizlə bağlı hər şeyi inkar etməkdə davam etməsi böyük biabırçılıqdır", - o, RBC-ya deyib.

Kişinyovda Rusiya Elm və Mədəniyyət Mərkəzi 2009-cu ildə açılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!