Daha bir təyyarə qəzaya düşdü - Anbaan görüntülər

saytların hazırlanması

Evə çatdırılma

Daha bir təyyarə qəzaya düşdü - Anbaan görüntülər

Hadisə

29 Yanvar 2025 10:40 1275


ABŞ-nin Alyaska ştatında F-35 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Milli.Az xəbər verir ki, hadisə zamanı pilotun sağ olduğu və müalicə üçün hərbi hospitala aparıldığı bildirilib.

"Eielson" Hərbi Hava Qüvvələri bazasının nümayəndəsi qəzanın bazanın uçuş-enmə zolağında baş verdiyini açıqlayıb. Qəzaya uğrayan F-35-in ciddi ziyan gördüyü və hadisə ilə bağlı araşdırma başladıldığı qeyd olunub. Dördpendirli pizza

ABŞ Hərbi Hava Qüvvələrinin açıqlamasına görə, pilotun vəziyyəti yaxşıdır və tibbi müayinədən keçirilməsi üçün hərbi hospitala yerləşdirilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə F-35-in havada süzülərək sürətlə yerə çırpıldığı və partladığı əks olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!