Daha bir ulduz futbolçu “Qarabağ“dan ayrılır 

saytların hazırlanması

Evə çatdırılma

Daha bir ulduz futbolçu “Qarabağ“dan ayrılır 

İdman

27 Fevral 2023 15:15 968


Cari mövsümün sonunda "Qarabağ"ı tərk edəcək daha bir futbolçunun kimliyinə aydınlıq gəlib. 

Yenisabah.az xəbər verir ki, Fanat.Az-ın əldə etdiyi məlumata görə, "köhlən atlar"la olan anlaşmasının müddəti yayda başa çatacaq Filip Ozobiçlə yeni müqavilə imzalanmayacaq. 

Azərbaycan millisinin də üzvü olan 31 yaşlı Ozobiç heyətə düşə bilmədiyinin fərqindədir və karyerasını daha çox oynaya biləcəyi klubda davam etdirməkdə maraqlıdır.  Ağdam klubunun idarəçiləri indilik Filipə "özünə yeni iş yeri tap" deməsələr də, futbolçuya yeni müqavilə təklif edilməməsi faktdır.  pizza mizza

Qeyd edək ki, Azərbaycan yığmasının digər üzvü Ramil Şeydayevin də "Qarabağ"dakı taleyi qeyri-müəyyəndir. Yayda azad agent statusu daşıyacaq Ramil "köhlən atlar"ın yeni anlaşma təklifini cavabsız qoyub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!