"Mançester Yunayted”in (İngiltərə) sabiq futbolçusu, hazırda Çinin “Şandun Lunen” klubunda çıxış edən Maruan Fellaini koronavirusa yoluxub.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb. Bununla da o, Çin supeliqasında koronavirusa yoluxan ilk futbolçu olub.
Qeyd edək ki, Fellaini 2019-cu ilin yayında "Mançester Yunayted"dən “Şandun Lunen”ə keçib. pizza sifarişi
Telegram kanalımız