Daha bir Vətən Müharibəsi qazisi intihar etdi   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Daha bir Vətən Müharibəsi qazisi intihar etdi - FOTO

Hadisə

09 Yanvar 2021 17:14 1775


Vətən Müharibəsi qazisi Yunis Mənsurov yanvar ayının 7-də intihar edib.

Yenisabah.az xəbər verir ki, bu barədə qazinin yaxınları məlumat verib. Bildirilib ki, əslən Xızı rayonundan olan 24 yaşlı Yunis Abşeron rayon Sulutəpə qəsəbəsində yaşayırmış. Döyüşlər başlayan zaman o, könüllü şəkildə cəbhəyə yollanıb və torpaqlarımızın işğaldan azad olunmasında aktiv iştirak edib. Dekabr ayının 30-u isə tərxis olunub və ailəsinin yanına qayıdıb.

Yaxınları bildirirlər ki, onun hansı səbəbdən intihar etməsi məlum deyil. pizza hut

Qeyd edək ki, yanvarın 6-da İkinci Qarabağ müharibəsində yaralanan əsgər Vüsal Musayev də Bakıda müalicə aldığı hərbi hospitalda intihar etmişdi və bu, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.  /Yeniavaz.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!