Daha bir yarış təxirə salınıb

saytların hazırlanması

Evə çatdırılma

Daha bir yarış təxirə salınıb

Hadisə

05 Noyabr 2020 13:25 582


“World Skills International” (WSI) təşkilatının növbədənkənar ümumi yığıncağı keçirilib. Onlayn yığıncaqda COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə görə 2021-ci ildə Çinin Şanxay şəhərində keçirilməsi nəzərdə tutulan 46-cı “WorldSkills” peşə ustalığı üzrə beynəlxalq yarışların 2022-ci ilədək təxirə salınması qərara alınıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Yenisabah.az-a bildirilib ki, təşkilatın bu ilin oktyabrında keçirilmiş illik ümumi yığıncağında Azərbaycan 85-ci üzv kimi qəbul olunub. Yarışda ölkəmizin də iştirakı nəzərdə tutulur.

Yığıncaqda vurğulanıb ki, növbəti 12 ayda üzvlər qlobal tərəfdaşlarla bərabər gənclər üçün innovativ proqramların həyata keçirilməsinə istiqamətlənəcək. Dominos pizza

2022-ci ildə təşkil olunacaq yarışda 60 bacarıq istiqaməti üzrə 1400-dən çox iştirakçının Şanxaya gəlməsi planlaşdırılır.

Xatırladaq ki, “World Skills International” dünyada peşə bacarıqlarını təbliğ edir və peşələrin olimpiadası kimi tanınır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!