Daha bir Yaxın Şərq ölkəsi hava məkanını bağladı

saytların hazırlanması

Evə çatdırılma

Daha bir Yaxın Şərq ölkəsi hava məkanını bağladı

Dünya

28 Fevral 2026 14:19 347


Küveyt də bölgədəki vəziyyətin pisləşməsi səbəbindən hava məkanını müvəqqəti olaraq bağlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Reuters" agentliyi hakimiyyət orqanlarının açıqlamalarına istinadən məlumat yayıb.

Bundan əlavə, İraq ölkənin hava məkanının bağlanmasını martın 1-dək uzadıb. Daha əvvəl ölkə üzərindən uçuşların bu gün Bakı vaxtı ilə saat 13:40-da bərpa olunması planlaşdırılırdı. pizza mizza

Xatırladaq ki, Bəhreyn, İran, İsrail və Qətər üzərindən də uçuşlar dayandırılıb.

Suriya da təhlükəsizlik məqsədilə hər biri Dəməşqdən başlayan dörd hava dəhlizini uçuşlar üçün bağlayıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!