Daha bölüşdürməyə heç nəyimiz qalmayıb - Natəvan

saytların hazırlanması

Evə çatdırılma

Daha bölüşdürməyə heç nəyimiz qalmayıb - Natəvan

Şou

21 Mart 2024 15:45 1217


"Baxırsan ki, boşanıblar, amma necə gözəl münasibətləri var. Biz niyə etməyək? Nə olsun ki, boşanmışıq, amma belə mehriban da yaşamaq olur. Mədəni şəkildə, uşaqlar travmasız böyüyür. Bütün bunlara rəğmən uşaqlar rahatcasına hər iki valideyinini sevə bilsinlər. Niyə axı biz düşməncəsinə, hamının ürəyini bulandıraraq, çirkin söhbətləri üzə çıxartmalıyıq? Bunları etmədik".

Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi "Xəbərin var?" proqramında deyib.

Sənətçi ayrıldığı reper əri Dado (Səid Əliyev) ilə münasibətərindən danışıb: Toyuqlu pizza

"Dado ilə münasibətlərimizdə artıq o nöqtəyə gəlib çatmışıq ki, bölüşməyə, araşdırmağa da, bir-birimizi günahlandırmağa da bir şeyimiz yoxdur. Bizdə hər şey aydındır. Ona görə biz əl-ələ verib yavaş-yavaş uşağımızı böyüdürük. Övladımıza gözəl şeylər yaşatmağa çalışırıq. Oğlumuz bizim münasibəti gözəl görməlidir ki, biz bir-birimizə hörmətlə baxa bilək. Təki belə də davam olsun".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!