“Daha deputat olmaq fikrim yoxdur, gəncləri irəli çəkmək yaxşı olar” -   72 yaşlı millət vəkili - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Daha deputat olmaq fikrim yoxdur, gəncləri irəli çəkmək yaxşı olar” - 72 yaşlı millət vəkili - Foto

Siyasət

21 Dekabr 2019 11:35 2225


“Parlament seçkilərində iştirak etməyəcəm. Qərarım dəqiqdir”.

"Yeni Sabah" xəbər verir ki, bunu modern.az-a açıqlamasında Beşinçi çağırış Milli Məclisin 122 saylı Xankəndi seçki dairəsindən olan deputatı Flora Qasımova bildirib. O, yerini gənclərə vermək fikrində olduğunu vurğulayıb:

“Daha parlament seçkiləruində iştirak etməyəcəm, deputat olmaq kimi fikrim də yoxdur. Bu sahədə gəncləri irəli çəkmək daha yaxşı olardı”. pizza sifarişi

Qeyd edəki ki, Flora Qasımovanın 72 yaşı var və iki çağırış Milli Məclisin deputatı kimi fəaliyyət göstərib. O, Azərbaycanın şəhid Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!