Daha iki güləşçimiz Olimpiya lisenziyası qazandı

saytların hazırlanması

Evə çatdırılma

Daha iki güləşçimiz Olimpiya lisenziyası qazandı

İdman

07 Aprel 2024 19:27 1240


Azərbaycanın sərbəst güləşçiləri Hacı Əliyev və Turan Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanıblar.

Yenisabah.az xəbər verir ki, əvvəlcə 65 kq çəki dərəcəsində Hacı Əliyev bu uğura nail olub. O albaniyalı rəqibi son Avropa çempionu İslam Dudayevə 6:3 hesabı ilə qalib gəlib.

74 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov isə yarımfinalda ikiqat dünya və dördqat Avropa çempionu olan İtaliya təmsilçisi Frank Çamizonu üstələyib. Görüş 8:8 hesabı ilə yekunlaşıb. Xalların keyfiyyətinə görə, 23 yaşlı pəhləvanımız qalib elan olunub. Dördpendirli pizza

Qeyd edək ki, bu gün Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (65 kq) də olimpiadaya lisenziya qazanıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!