Daha iki partiya dövlət qeydiyyatına alındı

saytların hazırlanması

Evə çatdırılma

Daha iki partiya dövlət qeydiyyatına alındı

Siyasət

01 Sentyabr 2020 14:51 1715


Azərbaycanda daha iki partiya dövlət qeydiyyatına alınıb.

Yenisabah.az bildirir ki, bu barədə deputat Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev məlumat verib.

Onun sözlərinə görə, MCP-nin qeydiyyata alınması haqqında sertifikat Ədliyyə nazirinin müavini Toğrul Musayev və nazirliyin qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədovla keçirilən görüşdə təqdim edilib: pizza

"Hər iki dövlət məmuru ilə çox əhəmiyyətli söhbətimiz alındı. Həqiqətən müxalifətə, qəbula və ölkədə yeni yaranan siyasi vəziyyətə münasibət müsbətə doğru xeyli dəyişib".

O əlavə edib ki, görüşdə həm də Real Alternativ (ReAl) Partiyasının rəhbərliyinə - partiya sədri İlqar Məmmədova - qeydiyyat sertifikatı təqdim olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!