Daha üç küçədə xüsusi avtobus zolağı salınır

saytların hazırlanması

Evə çatdırılma

Daha üç küçədə xüsusi avtobus zolağı salınır

İqtisadiyyat

02 Aprel 2021 14:27 675


Bakı Nəqliyyat Agentliyinin (BNA) təklifi əsasında Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası bildiyiniz kimi daha 10 küçə və prospektdə xüsusi hərəkət zolaqlarının təşkil olunmasını təsdiq edib. Bu çərçivədə artıq 7 ünvanda zolaqların təşkili yekunlaşıb.

Yenisabah.az xəbər verir ki, bu barədə BNA-nin mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, hazırda A.M.Şərifzadə, F.X.Xoyski və M.Həsənov küçələrində avtobus zolaqlarının təşkili istiqamətində müvafiq işlər görülür: “Bunun üçün ilk növbədə layihələndirmə işləri aparılır. Seçilmiş küçə və prospektlərdə avtobusların hərəkət intensivliyi baxımından paytaxtın ictimai nəqliyyat dəhlizləri hesab olunur. Sadalanan yollardan gün ərzində yüz minlərlə ictimai nəqliyyat istifadəçisi hərəkət edir”. Marqarita pizza

M.Ağayev əlavə edib ki, zolaqların təşkilində əsas məqsəd, müntəzəm və ekspres xətlər üzrə avtobusların sərbəst hərəkətini təmin etməkdir.

Xatırladaq ki, Qara Qarayev, Gəncə və Atatürk prospektləri, Mikayıl Hüseynov, Rəşid Behbudov, Əhməd Rəcəbli, Məhəmməd Hadi, küçələrində xüsusi avtobus zolaqları salınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!