“Damla şükürlüdür, elələri var himnin müəllifini tanımır, tək mahnı oxumaqla iş bitmir...”

saytların hazırlanması

Evə çatdırılma

“Damla şükürlüdür, elələri var himnin müəllifini tanımır, tək mahnı oxumaqla iş bitmir...”

Şou

12 Avqust 2021 21:27 2856


“Sənət adamları intellektual deyilsə, neyləyək, vuraq öldürək? Əsas odur ki, normal oxusunlar. Aydın məsələdir ki, sənət adamından alimlik tələb etmək olmaz, onun işi oxumaqdır. Elələri var ki, nə oxuya bilir, nə də danışa bilir...".

Yenisabah.az xəbər verir ki, bunu teleaparıcı Rövşanə Ağasəfqızı deyib. Aparıcının sözlərinə görə hər bir insan dövlətimizin tarixi haqqında lazım olan şeyləri bilməlidir:

“Düşünürəm ki, orta məktəb bilgisinin olması hamıya vacibdir. Müğənni ücün əsas olan səsi ilə ruhumuzu oxşamaqdır, amma sənəti təmsil edən insan xalqımızın mədəniyyəti, tarixi barədə elementar məlumata malik olmalıdır. pizza mizza

Damlanın bir alim adı çəkə bilməməsinə nə deyə bilərəm ki, adam bilmir də. Hesab edirəm ki, çox şeyi bilməmək olar. Amma Lütfizadə, Zərifə Əliyeva,Topçubaşov, Yusif Məmmədəliyevin adını hamı bilməlidir. Bu şükürludür, elələri var himnin müəlliflərini tanımırlar. Hesab edirəm ki, dövlətin atributları haqqında  bilməmək ayıbdır. Bu gün Azərbaycan adını doğru-düzgün tələffüz eləyə bilməyənlərə görə dəhşətə gəlirəm. Hamı, o cümlədən sənət adamları da  kitab oxumalıdırlar, öz üzərlərində işləməlidirlər. Tək mahnı oxumaqla iş bitmir. Şəxsiyət yalnız oxumaqla formalaşır. Sənətkar hamıya deyirlər, pinəçi də, dərzi də sənətkardır. Amma bir də var ki, baş qatmaqla məşğuldur...Bu insanlar təəssüf ki, bu gün “meydan sulayırlar"./Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mətanet
    Bes Damla uni bitirib ne eceb. savadsizliq edir bunlara pul geyim bahali Masın birde heci maraqlidl neynirler alimi tarixi kutbeyin ylğnağl Camaatı bezdiribler
    5 years ago