Müğənni Damla sosial şəbəkə hesabında paylaşımı ilə diqqət çəkib.
Yenisabah.az xəbər verir ki, fotolarını izləyiciləri ilə bölüşən ifaçı qadınlarda estetikdən daha çox zəngin mənəviyyata fikir verdiyini bildirib:
"Heç bir vaxt xanımların estetik əməliyyat etməsinə pis baxmamışam. Qədərində olan hər şey gözəldir. Amma nədənsə həmişə qadınların zəngin iç dünyasını bütün gözəlliklərdən üstün bilmişəm. Əgər qadının ruhu, beyni gözəl deyilsə heyif o botokslara, heyif o gellərə...Dilindən çıxan kəlmələr qızıldan qiymətli deyilsə heyif o bahalı vinil dişlərə...Dəyişmək istədiyiniz hər şeyi ilk öncə daxili aləminizdən başlayın". pizza hut
Telegram kanalımız