Dana oğruları həbs olundu   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Dana oğruları həbs olundu - Fotolar

Kriminal

02 Avqust 2021 13:39 1110


İyul ayı ərzində Oğuz rayonu Bucaq və Kərimli kəndləri ərazisində vətəndaşlara məxsus xırdabuynuzlu heyvanların oğurlanması barədə Polis Şöbəsinə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında cinayət əməlini törədən şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilən tədbirlərlə oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Ağdam rayon sakinləri, əvvəllər də analoji cinayət əməllərinə görə dəfələrlə məhkum olunmuş Elman və Tariyel İsmayılov qardaşları saxlanılıb.

Araşdırma zamanı qardaşların icarəyə götürdükləri “Renault” markalı avtomobillə bir neçə dəfə Oğuz rayonuna gəldikləri, burada məqsədlərinə nail olduqdan sonra oğurladıqları heyvanları Bərdə rayonunda satdıqları məlum olub. Saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edib, iki baş xırdabuynuzlu heyvan isə onların yaşadıqları evin həyətyanı sahəsindən götürülərək sahibinə geri qaytarılıb. Sezar pizza

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!