Xaçmaz rayonunda qapı-pəncərə sexindən 14 min və evdən isə 7 min manatlıq oğurluq edilib.
Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2021-ci il iyulun 7-də rayon ərazisindəki qapı-pəncərə sexlərinin birindən 4 min manat, oradakı seyfdən 10 min manat pul və kameranın yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Qobuqıraq kənd sakinləri C.Səfərəliyev və E.Hacıbabayev saxlanılıb. pizza sifarişi
Bundan başqa, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də rayon ərazisindəki evlərin birindən 7 min manat pul oğurlamaqda şübhəli bilinən Yeni Həyat qəsəbə sakinləri R.Quçadze və E.Çulaqov saxlanılıblar.
Ətraflarında aparılan tədbirlərlə onların 2021-ci il dekabrın 4-də Tikanoba kəndi ərazisində Qusar rayon sakini Y.Misirxanova məxsus fermadan 3 baş inək oğurlamaları da müəyyən edilib.
Telegram kanalımız