Danimarka İranın xeyrinə casusluq etməkdə ittiham olunan şəxsi Almaniyaya ekstradisiya edib.
Yenisabah.az AFP-yə istinadla xəbər verir ki, Almaniya federal məhkəməsi rəsmi olaraq onun həbsinə dair qərar çıxarıb.
Şübhəli Danimarkanın Orhus şəhərində saxlanıldıqdan təxminən 3 həftə sonra Almaniyaya təhvil verilib. Pepperoni pizza
Prokurorlar iddia edirlər ki, müttəhim Əli S.iyun ayında Berlindəki 3 yəhudi mərkəzində kəşfiyyat məlumatları toplayıb.
Şübhəli İran kəşfiyyatı üçün fəaliyyət göstərməkdə təqsirli bilinərsə, onu 10 ilə qədər həbs cəzası gözləyir.
"Der Spiegel" şübhəlinin 53 yaşında və əfqan məşəli olduğunu yazıb.
Telegram kanalımız