Danimarka millisinin baş məşqçisi istefa verdi 

saytların hazırlanması

Evə çatdırılma

Danimarka millisinin baş məşqçisi istefa verdi 

İdman

19 İyul 2024 12:50 782


Kasper Julmann baş məşqçisi olduğu Danimarka millisindən ayrılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Danimarka Futbol Federasiyasının saytı məlumat yayıb. 

Qeyd olunur ki, Morten Viqorst yeni ilə qədər müvəqqəti olaraq Danimarka millisinin çalışdırıcısı olacaq.  Dominos pizza

“Almaniyada keçirilən Avropa çempionatından sonra Kasper Yulmann və Danimarka Futbol Federasiyasının direktoru Peter Möller turniri qiymətləndirdilər və gələcəklə bağlı danışıqlar apardılar. Bu qiymətləndirmədə Kasper Yulmann komandanın yeni enerjiyə ehtiyacı olduğu qənaətinə gəldi. 

Beləliklə, Kasper Yulmann və Peter Möller ümumi nəticəyə gəldilər ki, dəyişiklik vaxtı çatıb və milli komandanın yeni məşqçiyə ehtiyac var" - deyə qurumun açıqlamasında bildirilir. 

Danimarka millisi 1/8 finalda Almaniya millisinə uduzaraq (0:2) Avro-2024-lə vidalaşmışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!