Danimarkada heyvanlar arasında da koronavirus yayıldığına görə 2,5 milyon mink öldürüləcək.
Yenisabah.az xəbər verir ki, bu qərar hökumət tərəfindən verilib. Qərara görə, virus aşkarlanmayan minklərin də həyatına son qoyulacaq.
Qeyd edək ki, Danimarka dünyanın ikinci ən böyük mink xəzi istehsalçısıdır. İldə təxminən 17 milyon mink xəzi istehsal edən ölkədə 1500 istehsalçını təmsil edən Kopenhagen Fur kooperativi dünyada mink xəz istehsalının 40 faizini həyata keçirir. Danimarka Xəz İstehsalçıları Birliyinin sədri Tage Pedersen isə pandemiyanın bütün sektoru təhdid altına aldığını vurğulayıb Pepperoni pizza
Telegram kanalımız