Danimarkadan Bakıya 800 azarkeş gələcək

saytların hazırlanması

Evə çatdırılma

Danimarkadan Bakıya 800 azarkeş gələcək

İdman

30 İyun 2021 11:02 869


Danimarka millisinin Avro-2020-nin 1/4 finalında Bakıda Çexiya ilə keçirəcəyi oyun üçün paytaxtımıza gələcək azarkeşlərinin sayı müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, Danimarka Futbol İttifaqı (DBU) Bakı Olimpiya Stadionundakı qarşılaşmaya 800 fanatın yollanacağını açıqlayıb.

DBU-nun koordinatoru Anders Hagen bu sayın artacağını da istisna etməyib. Federasiya rəsmisi qarşılaşmaya böyük marağın olduğunu da söyləyib. Biletlərin satışı isə iyunun 28-dən başlayıb. Sezar pizza

Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da start götürəcək. UEFA hər iki komandanın azarkeşlərinə 2500 bilet satılacağını açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!