Dardanel boğazı müvəqqəti bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Dardanel boğazı müvəqqəti bağlandı

Dünya

11 Mart 2026 21:59 492


Türkiyənin Dardanel boğazında Panama bayrağı altında üzən "Nota App" adlı yük gəmisinin xilasetmə əməliyyatı səbəbindən gəmiçilik müvəqqəti dayandırılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.

Bildirilib ki, Rusiyadan Misirə doğru hərəkət edən və 51 300 ton taxıl daşıyan gəmi mühərrik nasazlığı səbəbindən manevr zamanı saya oturub. 189 metr uzunluğunda olan gəmini xilas etmək üçün hadisə yerinə yedək gəmisi və dalğıcların olduğu kater göndərilib. Sezar pizza

Xilasetmə əməliyyatının təhlükəsizliyini təmin etmək məqsədilə Dardanel boğazında gəmiçilik hər iki istiqamətdə müvəqqəti dayandırılıb.

Qeyd edək ki, Dardanel boğazı Egey dənizini Mərmərə dənizi ilə birləşdirir və Bosfor boğazı vasitəsilə Qara dənizə çıxışı təmin edir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!