Daşkənddə koronavirus məhdudiyyətləri sərtləşdirilir

saytların hazırlanması

Evə çatdırılma

Daşkənddə koronavirus məhdudiyyətləri sərtləşdirilir

Dünya

23 İyun 2020 01:44 638


Özbəkistan hökuməti epidemiyanın geniş yayılması səbəbi ilə paytaxt Daşkəndin rayonlarında karantin tədbirlərini sərtləşdirmək qərarına gəlib. 

Yenisabah.az RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Nazirlər Kabineti yanında Operativ Qərargahı məlumat yayıb.

Bildirilib ki, paytaxtın 513 məhəlləsinin 71-i mövcud vəziyyətlə əlaqədar “qırmızı zona”ya daxil edilib. Sezar pizza

Məhəllələrin giriş və çıxışlarında gecə-gündüz olmaqla nəzarət məntəqələrinin qurulacağı bildirilib. 

Son məlumatlara görə, ölkədə yoluxma hallarının sayı 6358-ə çatıb, 19 nəfər ölüb, 4377 nəfər sağalıb.

Respublikada karantin rejimi avqustun 1-dək uzadılıb.

Qeyd edək ki, Özbəkistanda ilk COVID-19 hadisəsi martın 15-də aşkar edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!