Daşkəsəndə partlayış: TƏBİB məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Daşkəsəndə partlayış: TƏBİB məlumat yaydı

Hadisə

24 Oktyabr 2024 10:50 518


Daşkəsəndə qaz sızmasından baş verən partlayış nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb:

"1972-ci il təvəllüdlü Daşkəsən rayon sakini şəxs Sadıqov Nadir Telman oğlu 24 oktyabr saat 05:45 radələrində yanıq xəsarətləri ilə akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə bədən səthinin 30-39 faiz sahəsinin termiki yanığı, tənəffüs yollarının dəqiqləşdirilməmiş lokalizasiyalı termiki yanığı diaqnozu ilə gətirilib". pizza mizza

Pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda müalicə və müayinəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır".

Xatırladaq ki, 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində partlayış olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!