Daşkəsəndə silah-sursat aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Daşkəsəndə silah-sursat aşkarlandı

Hadisə

23 Dekabr 2023 18:59 605


Daşkəsən Rayon Polis Şöbəsinə rayonun “köhnə hamam” adlanan ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib. Marqarita pizza

Sözügedən əraziyə baxış keçirilən zaman oradan bir ədəd “İj” markalı, 32 kalibrli ov tüfəngi aşkarlanıb.

Götürülən maddi sübut müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.

Bundan başqa Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ağackəsmə hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Quşçu kənd sakinin bir ədəd yaş ağacı kəsməsini müəyyən edib. Şəxs barəsində müvafiq protokol tərtib olunaraq aidiyyəti qurumlarla yönləndirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!