Daşkəsən şəhərində keçirilən toy mərasimində 23 yaşlı gənci ürəyindən bıçaqlayaraq qətlə yetirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində o saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. pizza mizza
Qeyd edək ki, həmin şəxs cinayəti törətdikdən sonra hadisə yerindən qaçmışdı./Report
Telegram kanalımız