Daşkəsəndə zəhərlənmə: 1 ailədən 3 nəfər

saytların hazırlanması

Evə çatdırılma

Daşkəsəndə zəhərlənmə: 1 ailədən 3 nəfər

Hadisə

25 Fevral 2025 14:26 137


Daşkəsən rayonunda qidadan zəhərləndiyi bildirilən şəxslərin vəziyyətləri açıqlanıb.

Yenisabah.az TƏBİB-ə istinadla xəbər verir ki, hadisə fevralın 24-də saat 20:50 radələrində baş verib.

3 nəfər - 1987-ci il təvəllüdlü Ş.Quliyev, 1990-cı il təvəllüdlü F.Quliyeva və 2013-cü il təvəllüldü F.Quliyev zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib. pizza mizza

Onlara mədə-bağırsaq sisteminin dəqiqləşdirilməmiş funksional pozğunluğu diaqnozu qoyulub və hər 3 şəxsə zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri kafi qiymətləndirildiyindən onların hər biri ambulator müalicə üçün evə buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!