“Daşnaksütyun” Xocalının kəndindəki ermənilər üçün məktəb təmir etdirməyə başladı...   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

“Daşnaksütyun” Xocalının kəndindəki ermənilər üçün məktəb təmir etdirməyə başladı... - FOTOLAR

Rəsmi

11 İyul 2021 18:00 1896


XIX əsrin sonlarından bəri  Türkiyə və Azərbaycana qarşı bir sıra terror, soyqırımı və işğal aktlarının əsas ideoloq və icraçılarından olan terrorçu “Daşnaksütyun”  partiyasının Avropa şöbəsi və Belçikanın “Artsaxla frankofoniya dostluq qrupu”nun təşəbbüsü ilə  Xocalı rayonunun  “Xramort” adlandırılmış Pirlər kəndindəki orta məktəbin təmiri üçün lazımi vəsait ayrılıb. 

Yenisabah.az xəbər verir ki, bu haqda Xankəndidəki separatçı nəşrlər məlumat yayıb.   pizza mizza

“Maddi yardım sayəsində məktəbdə xarici və daxili fasad üzləmə işləri aparılacaq, yeni sanitar qovşaq  və yaxşı təchiz olunmuş müasir yeməxana tikiləcək, sinif otaqları təmir ediləcək və müasirləşdiriləcək, yeni istilik sistemi quraşdırılacaq” – məlumatda belə deyilir...

Zəruri arayış:

Pirlər (Xramort) — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənddir. Dağətəyi ərazidədir. 1993-cü ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub.  

2005-ci ildə Dağlıq Qarabağda keçirilmiş əhalinin siyahıyaalmasına əsasən Pirlər kəndində  403 nəfər erməni yaşayıb. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Pirlər kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçib.

Kəndin əvvəlki adı Xramort olub. Azərbaycan hökumətinin 5 oktyabr 1999-cu il tarixli qərarıyla kəndin tarixi adı bərpa edilərək Pirlər adlandırılıb.

1992-1993-cü illərdə Azərbaycanın yeni yaranan ordusu Pirlər kəndi uğrunda bir çox döyüşlər aparıb, şəhidlər verib... /Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!