Davaya qalxan və bir-birini “razborka”ya çağıran meyxanaçıların görüşü baş tutdu - Video

saytların hazırlanması

Evə çatdırılma

Davaya qalxan və bir-birini “razborka”ya çağıran meyxanaçıların görüşü baş tutdu - Video

Şou

18 Dekabr 2019 08:27 1091


Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl tanınmış meyxanaçı Ələkbər Yasamallı həmkarı Aqşin Fateh haqda xoşagəlməz ifadələr səsləndirib. “Instagram” hesabında canlı yayım zamanı Aqşini  təhqir edən ifaçı onu söhbətə də çağırıb.

"Sənə ikinci dəfə şans verdim. Kərimlə olan söhbətdə sənə dəstək oldum. Amma üçüncü dəfə get tullan. Sən kim, mən kim. Bizim aramızda böyük fərqlər var. Sən özün qəşəng bilirsən nə fərqlərdi. Nömrə 1 söhbəti edir. Mənim yanımda Aqşin etdiyin hərəkətlərə görə mömrən sıfırdı. Gəl mən olan restorana. Çıxanda da görüşə bilərik", - deyə Ə. Yasamallı bildirib.

Qalmaqallardan sonra Aqşin Fateh sosial şəbəkədə Ə.Yasamallını görmək üçün getdiyini, lakin onun gəlmədiyini deyib və tezliklə görüşün baş tutacağını bildirmişdi.  Sezar pizza

“Yeni Sabah” xəbər verir ki, gözlənilən görüş dünən baş tutub. Həmkarı ilə görüşən Ə.Yasamallı aralarındakı poblemi həll etdiklərini bildirib:

“Bizim Aqşinlə aramızda min söhbət olsa da, biz kişiyik. Bizim sənətdə söhbət gedib məhkəməyə çıxmır, şou-biznes kimi deyil. Bizim 20 ildir dostluğumuz, qardaşlığımız var. Aqşin sənin sənətinə, uğuruna sevinməyən heç insan deyil. Kiminsə ürəyindən tikan çıxartmamaq üçün, fikirləşdim, qərara gəldim ki, bir olmaq lazımdır. Bizim nə söhnətimiz varsa, özümüzə aiddir. Görüşüb, qucaqlaşıb bi-birimizdən üzrxahlıq edə bilərik. Bu qorxmaq deyil, böyüklükdür. Mən Allahdan başqa  heç kəsdən qorxmuram. Sadəcə ortada haqq söhbəti var, sənin haqqına girmişəmsə, Allah keçsin günahımdan”. 

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!