Davosda ilk görüş Latviya prezidenti ilə oldu

saytların hazırlanması

Evə çatdırılma

Davosda ilk görüş Latviya prezidenti ilə oldu

Siyasət

21 Yanvar 2025 12:48 182


Prezident İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında Latviyanın dövlət başçısı Edqars Rinkeviçslə görüşüb.

Yenisabah.az xəbər verir ki, Rinkeviçs dövlət başçısı ilə bundan əvvəlki görüşlərini məmnunluqla xatırlayıb.

Latviya prezidenti bugünkü görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Dördpendirli pizza

Edqars Rinkeviçs təyyarə qəzasında həlak olanlarla bağlı Azərbaycan Prezidentinə başsağlığı verib.

Dövlət başçısı başsağlığına görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev də öz növbəsində bugünkü görüşün əməkdaşlığımızın perspektivlərinin müzakirəsi baxımından önəmini vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!