Daxil Vəliyev vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Daxil Vəliyev vəfat etdi

Sosial

21 İyun 2025 22:54 1466


Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin tədris işləri üzrə dekan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Daxil Vəliyev vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Bildirilib ki, Daxil Vəliyev 1980-ci ildə anadan olub. 1999-cu ildə Mehdiabad qəsəbə orta məktəbini bitirib. BDU-nun Sosial elmlər və psixologiya fakültəsində "Fəlsəfə" ixtisası üzrə 1999-2003-ci illərdə bakalavr, 2003-2005-ci illərdə magistr təhsili alıb. 2005-2009-cu illərdə Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının aspirantı olub, 2013-cü ildə "Əli Şəriətinin dini-fəlsəfi görüşləri" mövzusunda dissertasiya işini müdafiə edib və fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Toyuqlu pizza

O, 2007-ci ildən BDU-nun Sosial elmlər və psixologiya fakültəsində metodist, 2013-cü ildən isə dekan müavini, müəllim, 2017-ci ildən Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti vəzifələrində çalışıb.

Daxil Vəliyevin tədqiqat sahəsi müasir dövr Şərq və Qərb fəlsəfəsi tarixi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • bilal
    allah rehmet etsin heyf inanmaq olmur
    11 months ago
  • bilal
    allah rehmet etsin heyf inanmaq olmur
    11 months ago