Daxili işlər orqanları ötən gün 39 cinayətin üstünü açdı

saytların hazırlanması

Evə çatdırılma

Daxili işlər orqanları ötən gün 39 cinayətin üstünü açdı

Kriminal

20 Mart 2021 16:33 783


Daxili İşlər Nazirliyi (DİN) martın 19-da qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən Yenisabah.az-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 39 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 59 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. pizza

Respublikanın avtomobil yollarında baş vermiş 2 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!