Daxili Qoşunların hərbçilərinə ev verilməsi təklif olunur

saytların hazırlanması

Evə çatdırılma

Daxili Qoşunların hərbçilərinə ev verilməsi təklif olunur

Sosial

09 Sentyabr 2025 15:46 790


"Azərbaycan Ordusunun hərbi qulluqçularına hərbi xidməti başa vurduqdan sonra mənzillər verilir. Daxili Qoşunlarda xidmət edənlərə bu imtiyazlar verilmir. Onlar da müharibə olarsa, vətəni müdafiə edirlər".

Yenisabah.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputatın sözlərinə görə, onalara müəyyən vəsait də ayrıla bilər ki, istədikləri yerdən mənzil ala bilsinlər: "Hazırda ordu üçün evlər tikilir. Bəlkə həmin hərbçi orada yox, validyenlərə yaxın ərazidə yaşamaq istəyir. Yaxşı olardı ki, bu məsələ Daxili Qoşunların zabitləri və müddətdən artıq hərbi xidmət edənlər üçün də nəzərdə tutulsun"./"Unikal" Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!