Dayanma-durma qaydalarının pozulmasına görə 1680 manatlıq cərimə - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Dayanma-durma qaydalarının pozulmasına görə 1680 manatlıq cərimə - Fotolar

Rəsmi

04 Sentyabr 2021 17:11 1546


Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, şəhərin müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

Dayanma-durma qaydalarını kobud şəkildə pozan 84 sürücü barəsində inzibati protokollar tərtib olunub. pizza

Qeyd edək ki, dayanma və durma qaydalarının pozulmasına görə cərimə 20 manatdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!