Dayı bacısı qızının toy məclisində dünyasını dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Dayı bacısı qızının toy məclisində dünyasını dəyişdi

Hadisə

05 Aprel 2025 23:34 591


Lənkəranda bacısı qızının toyuna gedən şəxs vəfat edib.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, Cəlilabad rayonunun Qarayar kənd sakini, 1976-cı il təvəllüdlü Səyyad Qılınc oğlu Yaqubovun bacısı qızının toyunda halı qəfil pisləşib.

Mərhumun qohumlarının verdiyi məlumata görə, S.Yaqubov özünü narahat hiss etdikdən sonra yaxınlıqdakı aptekə aparılmasını xahiş edib. O, aptekdən dərman alaraq qəbul edib. Lakin vəziyyəti daha da ağırlaşıb və dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb. Pepperoni pizza

Həkimlər ona “kardiak arrest” (ürək dayanması) diaqnozu qoyublar və təcili tibbi müdaxilə həyata keçirilsə də, S.Yaqubovun həyatını xilas etmək mümkün olmayıb.

Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!