“Dayı səndən sonra...” - Ələkbərdən intihar edən bacısı oğlu haqda ürəkdağlayan sözlər - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Dayı səndən sonra...” - Ələkbərdən intihar edən bacısı oğlu haqda ürəkdağlayan sözlər - Foto

Şou

21 Yanvar 2020 08:54 1752


Tanınmış meyxanaçı Ələkbər Yasamallı sosial şəbəkədə intihar edən bacısı oğlu Şamxalın fotolarını paylaşıb. 

“Yeni Sabah” xəbər verir ki, ifaçı şəkillərə şərh yazaraq çox kədərləndiyini bildirib: 

“Əsgər gəlməyini həsrətlə gözləyirdim ki, mənə qardaş olasan! Amma bilsəydim ki, faciəvi şəkildə öləcəksən, sənə əsgərlikdə olanda sənə şəhid olmağı arzu edərdim. Hansı ki, ana, ata övladına dili gəlmir şəhid deməyə. Kaş ki, şəhid olardın, girərdik Şəhidlər Xiyabanına baxardı ki, yüzlərlə, minlərlə oğlan yatır orada, amma o təsirli olardı, vətən sağ olsun. Başımız sağ olsun. Amma inanma ki, dayı səndən sonra sağ olsun. Yoxluğuna hələ də inana bilmirəm”. Dördpendirli pizza

Qeyd edək ki,  yanvarın 19-da söz ustadının bacısı oğlu 21 yaşlı Niftəliyev Şamxal yaşadığı evdə özünü asıb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!