Dayısı Fatmanı yastıqla boğaraq öldürüb   - RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Dayısı Fatmanı yastıqla boğaraq öldürüb - RƏSMİ AÇIQLAMA

Kriminal

11 May 2021 18:42 1699


Mayın 9-da saat 7 radələrində Bığır kəndində yaşayan bir nəfər şəxsin guya dəm qazından ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Göyçay Rayon Prokurorluğundan məlumat verilib.

İstintaqla müəyyən edilib ki, rayon sakini Vüqar Bədəlov saat 6 radələrində evinə qonaq gələn bacısı qızı Fatma Məmmədovanı yatan zaman qısqanclıq zəminində yastıqla boğaraq öldürüb. pizza mizza

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, Vüqar Bədəlov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!