Dayısı oğlunu qəsdən öldürdü - İşi məhkəməyə göndərildi

saytların hazırlanması

Evə çatdırılma

Dayısı oğlunu qəsdən öldürdü - İşi məhkəməyə göndərildi

Kriminal

06 Yanvar 2022 16:30 733


Xəbər verildiyi kimi, 18 sentyabr 2021-ci il tarixdə İmişli rayonu, Çaxırlı kənd sakini Cabir Vəliyevin qəsdən öldürülməsi faktı ilə bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb. 

Bu barədə İmişli rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumatda bildirilib.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin dayısı oğlu Azad Mürsəlov  yaşadığı evin həyətyanı sahəsində şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Cabir Vəliyevi qəsdən öldürüb. Sezar pizza

Azad Mürsəlov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər  Məhkəməsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!