Dayısı oğlunun seyfini oğurladı

saytların hazırlanması

Evə çatdırılma

Dayısı oğlunun seyfini oğurladı

Kriminal

26 Avqust 2022 11:10 1057


Qaradağ rayon məhkəməsində dayısı oğlunun seyfini oğurlayan 1991-ci il təvəllüdlü Ramin Rzazadəyə (soyadlar şərtidir) hökm oxunub.

“Yeni Sabah” xəbər verir ki, hadisə bu ilin mayın 28-də Bakıda baş verib. Belə ki, Ramin yaxın qohumu olan Vüqar Ələsgərlinin yaşadığı ünvanından bir ədəd seyf oğurlayıb. Seyfdə 2500 manat, 2000 ABŞ dolları və 100000 rus rublu olub. Ümumilikdə 8750 manat məbləğində maddi ziyan vurmaqla oğurluq edib.

O, seyfi öz yaşadığı evin zirzəmisinə gətirərək açıb və pulları götürüb.  pizza

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Ramin Rzazadə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək zərərçəkmiş şəxsin onun dayısı oğlu olduğunu və onların çox yaxşı münasibətləri olduğunu deyib: “Vüqarla qonşuyuq. Vüqar mənə öz evinin açarını vermişdi ki, onun evinə gedib gələ bilim. Evdə balaca bir dəmir seyfi var idi və həmin seyfin kodunu mənə də demişdi ki, istədiyim vaxt istifadə edə bilim. Demişdi ki, o oldu olmadı seyfi açıb istifadə edə bilərəm. Vüqar məndən pulun harada olduğunu soruşanda qaytaracağımı demişdim. Vüqardan üzr istəyib çıxıb getdim. Vüqar bu barədə polisə müraciət edibmiş. Bir müddət sonra pulu qaytardım”.

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Vüqar Ələsgərli ifadəsində Ramin və Seyfəlinin onun bibisi uşaqları olduğunu deyib: “Ramin bu işi tək görüb və əməlindən peşmandır. Dəymiş maddi ziyan tam şəkildə ödədiyi üçün heç bir şikayətim yoxdur”.

Məhkəmənin hökmü ilə Ramin Rzazadəyə iki il həbs cəzası verilib.

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!