Dayısının məzarından oğurluq edən şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Dayısının məzarından oğurluq edən şəxs tutuldu

Kriminal

14 Fevral 2022 11:25 610


Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 11 nəfər rayon sakini saxlanılıb. Aparılan araşdırmalarla onlardan üçünün oğurluq əməlinin də üstü açılıb.

Yenisabah.az xəbər verir ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş B.Verdiyev saxlanılıb. Araşdırmalarla onun ayrı-ayrı vaxtarda və rayonun müxtəlif ərazilərində 7 avtomobildən maqnitafon oğurladığı müəyyən edilib. 

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə Lənkəran rayonunun Kərgəlan kənd qəbristanlığından dayısınının məzarının ətrafına çəkilmiş 200 manat dəyərində dəmir məhəccərləri oğurlayan R.Mirzəyev və rayon ərazisindəki evlərdən birindən 340 manat pul oğurlayan R.Mahmudov saxlanılıblar. Şəxsi axtarış zamanı hər üç şəxsin üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.  pizza

Bundan əlavə Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində daha 8 nəfər rayon sakini – N.Mustafayev, N.Ağayev, A.Həsənzadə, N.Məmmədov, V.Rəcəbov, V.Babayev, A.Bayramzadə və R.Nəsirov saxlanılıb. Şəxsi axtarış zamanı hər birinin üzərindən hazır bükümlərdə qablaşdırılmış heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!