DÇ-2022-nin püşkü atıldı   - Qruplar

saytların hazırlanması

Evə çatdırılma

DÇ-2022-nin püşkü atıldı - Qruplar

İdman

01 Aprel 2022 21:37 737


Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinin püşkü atılıb.

Yenisabah.az xəbər verir ki, Dohada təşkil olunan tədbirdə qrupların tərkibi müəyyənləşib.

Mundialın 32 iştirakçısı hərəsində 4 komanda olmaqla 8 qrupa bölünüb. Bu 32 yığmadan 29-u bəlli olsa da, püşkatmaya pley-offun son 3 qalibi də qatılıb. Onlardan biri cütlük, ikisi üçlük təşkil edir. Sezar pizza

Meydan sahibi Qətər püşksüz A qrupuna daxil edilib. Digər komandalar səbətlərə əsasən qruplar üzrə bölünüb. Eyni konfederasiya təmsilçiləri fərqli qruplara daxil edilib. Yeganə istisna UEFA ilə bağlıdır. Hər qrupda minimum bir, maksimum üç Avropa yığması ola bilər.

Çempionat Qətər – Ekvador matçı ilə başlayacaq. 

Qeyd edək ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

A qrupu
1. Qətər
2. Ekvador
3. Seneqal
4. Niderland

B qrupu
1. İngiltərə
2. İran
3. ABŞ
4. Ukrayna/Şotlandiya/Uels

C qrupu
1. Argentina
2. Səudiyyə Ərəbistanı
3. Meksika
4. Polşa

D qrupu
1. Fransa
2. Peru/Avstraliya/BƏƏ
3. Danimarka
4. Tunis

E qrupu
1. İspaniya
2. Kosta-Rika/Yeni Zelandiya
3. Almaniya
4. Yaponiya

F qrupu
1. Belçika
2. Kanada
3. Mərakeş
4. Xorvatiya

G qrupu
1. Braziliya
2. Serbiya
3. İsveçrə
4. Kamerun

H qrupu
1. Portuqaliya
2. Qana
3. Uruqvay
4. Cənubi Koreya


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!