DÇ-2022: Portuqaliya Serbiyaya, İspaniya İsveçə qarşı

saytların hazırlanması

Evə çatdırılma

DÇ-2022: Portuqaliya Serbiyaya, İspaniya İsveçə qarşı

İdman

14 Noyabr 2021 11:12 693


Bu gün DÇ-2022-nin seçmə seçmə mərhələsində 10-cu tura start veriləcək.

Yenisabah.az xəbər verir ki, ilk oyun günün 4 qrupda 10 qarşılaşma oynanılacaq.

A qrupunda Portuqaliya Serbiyanı qəbul edəcək. Serbiya finala vəsiqə qazanmaq üçün mütləq qələbə qazanmalıdır, Portuqaliyaya isə heç-heçə də sərf edəcək. Qrupun digər matçında Lüksemburq İrlandiyanı qəbul edəcək. Dördpendirli pizza

B qrupunda İsveç İspaniyanın, Kosovo Yunanıstanın qonağı olacaq. Skandinaviyalılar DÇ-2022-də iştirakı rəsmiləşdirmək üçün 3 qat Avropa çempionunu yenməlidir. Meydan sahibləri bərabərlik sayəsində də istəyinə çatacaq.

H qrupun əhəmiyyəti oyunu Xorvatiya və Rusiya komandaları arasında olacaq. Xorvatiyalılar yalnız doğma meydanda qələbə qazansa, mundialda iştirakı təmin edəcək.

J qrupunda Lixtenşteyn Rumıniyanı, Şimali Makedoniya İslandiyanı, Ermənistan isə Almaniyanı qəbul edəcək. Almaniya vaxtından əvvəl qrup liderliyini rəsmiləşdirib. Şimali Makedoniya qələbə qazansa, digər oyunların nəticəsindən asılı olmayaraq pley-offa yüksələcək.

DÇ-2022, seçmə mərhələ

10-cu tur

14 noyabr

A qrupu

23:45. Lüksemburq - İrlandiya

23:45. Portuqaliya - Serbiya

B qrupu

23:45. Yunanıstan - Kosovo

23:45. İspaniya - İsveç

H qrupu

18:00. Malta - Slovakiya

18:00. Sloveniya - Kipr

18:00. Xorvatiya - Rusiya

J qrupu

21:00. Lixtenşteyn - Rumıniya

21:00. Şimali Makedoniya - İslandiya

21:00. Ermənistan - Almaniy

Qeyd edək ki, indiyədək Avropa zonasından Almaniya ilə yanaşı, Danimarka, Fransa və Belçika da DÇ-2022-yə qrup qalibi kimi birbaşa vəsiqə qazanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!