DÇ-2026-nın loqosu təqdim olundu 

saytların hazırlanması

Evə çatdırılma

DÇ-2026-nın loqosu təqdim olundu 

İdman

18 May 2023 10:56 1008


FİFA  rəsmi internet saytında ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-nın loqosunu təqdim edib. 

Yenisabah.az xəbər verir ki, loqoda dünya çempionatının kuboku müxtəlif rənglərdə 26 rəqəminin dəfələrlə təkrarlanması ilə formalaşmış naxış fonunda əks olunub. Loqo Los-Ancelesdə (ABŞ) rəsmi tədbirdə təqdim olunub. 

FİFA dünya çempionatının oyunlarına ev sahibliyi edəcək ABŞ, Kanada və Meksikanın 16 şəhərinin hər birinin loqolarının tezliklə ictimaiyyətə təqdim ediləcəyini açıqlayıb.  pizza sifarişi

DÇ-2026 tarixdə 48 komandanın iştirak etdiyi ilk yarış olacaq. Daha əvvəl dünya çempionatlarında 32 komanda çıxış edirdi. Hazırkı dünya çempionu 2022-ci ildə Qətərdə titul qazanan Argentinadır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!