DÇ-2030 üçün dünyanın ən böyük stadionunu tikəcəklər 

saytların hazırlanması

Evə çatdırılma

DÇ-2030 üçün dünyanın ən böyük stadionunu tikəcəklər 

İdman

30 Mart 2024 12:00 685


Mərakeş 2030-cu il dünya çempionatı üçün tikməyi planlaşdırdıqları yeni stadionun layihəsini təqdim edib. 

Yenisabah.az "The Sun"a istinadən xəəbr verir ki, stadion "Grand Stade de Casablanca" adlanacaq. Arenanın tribunaları 115 min tamaşaçı tutacaq ki, bu da dünyanın bütün digər stadionlarının tamaşaçı tutumundan çoxdur. Stadion Əl-Mənsuriyyə şəhərində tikiləcək. 

Mərakeşlilər bu stadionu tikməklə İspaniya və Portuqaliya ilə birlikdə ev sahibliyi edəcəkləri 2030-cu il dünya çempionatının finalına da ev sahibliyi etmək hüququ əldə etmək istəyirlər. İspaniya tərəfi isə finalı Madrid və ya Barselonada keçirməyə ümid edir.  pizza sifarişi

Xatırladaq ki, futbol üzrə dünya çempionatı ilk dəfə üç qitədə və altı ölkədə keçiriləcək. DÇ-2030-da ən çox matçlar Mərakeş, İspaniya və Portuqaliyada oynanılacaq. 3 oyun Cənubi Amerikada baş tutacaq. Açılış oyunu Uruqvayda olacaq. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!