De Byazi AFFA İcraiyyə Komitəsinin iclasını erkən tərk etdi

saytların hazırlanması

Evə çatdırılma

De Byazi AFFA İcraiyyə Komitəsinin iclasını erkən tərk etdi

İdman

13 Aprel 2023 13:00 790


AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib. 

Yenisabah.az xəbər verir ki, toplantı qurumun inzibati binasında baş tutub. 

İclasda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün ilk iki oyunu ilə bağlı hesabat verib. Bundan əlavə, digər məsələlər də müzakirəyə çıxarılıb.  Dominos pizza

İtaliyalı mütəxəssis yığıncağı İK üzvlərindən bir saat əvvəl tərk edib. 

Toplantıda İK üzvü Mahir Məmmədov iştirak etməyib. O  bildirib ki, Tbilisi - Bakı üzrə səhər reysi təxirə salındığı üçün Gürcüstandan gələ bilməyib. 

Yekun qərarların yaxın saatlarda açıqlanacağı gözlənilir. 

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub (report.az). 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!