De Byazi: “Avstriya yaxşı təşkilatlanmış güclü komandadır”

saytların hazırlanması

Evə çatdırılma

De Byazi: “Avstriya yaxşı təşkilatlanmış güclü komandadır”

İdman

23 Mart 2023 21:12 833


“Avstriya yığması çox yaxşı təşkilatlanmış güclü komandadır”.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avstriya yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis rəqibin güclü futbolçulara malik olduğunu söyləyib: “Onlar son oyunları yüksək səviyyədə keçiriblər. Heyətlərində yaxşı oyunçular cəmləşib. Bu cür oyunlardan əvvəl zədəlilərin olmasına hazır olmaq lazımdır. Bizim də B planımız var. Zədəlilərin yoxluğunu dolduracaq oyunçularımız var. Sabah meydanda maksimum gücümüzü ortaya qoymağa çalışacağıq. Ən əsası özünəinamdır. Son matçlarda yaxşı nəticələr göstərmişik. Bunu davam etdirmək istəyirik. Qalib də gələ bilərik və ya məğlub da ola bilərik”. Marqarita pizza

Qeyd edək ki, martın 24-də Linzdəki “Raiffeisen Arena”da keçiriləcək Avstriya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!