De Byazi Azərbaycan millisindən ayrıılır? - Məşhur jurnalistin zarafatı gündəm oldu -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

De Byazi Azərbaycan millisindən ayrıılır? - Məşhur jurnalistin zarafatı gündəm oldu - VİDEO

İdman

22 İyun 2021 12:25 1100


Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi postundan ayrıla və  İtaliya klublarından birini çalışdıra biləcəyi ilə bağlı mətbuatda xəbərlər yayılıb.

Yenisabah.az xəbər verir ki, ilkin olaraq bu barədə "Sky Sport"un jurnalisti Canluka Di Martsio "İnstaqram" hesabında paylaşdığı videoda italiyalı çalışdırıcının fotosunu göstərərək onun tezliklə hansısa klubun baş məşqçisi olacağını bildirib.

Onun bu paylaşımı İtaliya mətbuatında da gündəm olub. pizza mizza

"Qafqazinfo"ya açıqlama verən Azərbaycan yığmasının çalışdırıcısı De Byazi bundan xəbərsiz olduğunu deyib: "Məncə, bu barədə Di Martsionun özündən soruşun".

Canluka Di Martsio isə bildirib ki, həmin görüntülər sadəcə zarafatdır: "Mən o videonu Albaniya millisinin qapıçısı Etrit Berişa ilə zarafat üçün paylaşmışam. Canni De Byazi heç yerə getmir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!